Bernardo Silva özünə yeni klub tapdı
Yayda "Mançester Siti"dən ayrılacağı dəqiqləşən Bernardo Silva özünə yeni klub tapdı.
Sportline.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi karyerasını İtaliya A Seriyasında davam etdirəcək.
"Corriere dello Sport"un yaydığı məlumata görə, "Yuventus" 31 yaşlı futbolçunu heyətinə qatmağa yaxınıdır.
Qeyd edək ki, Bernardo Silva 2017-ci ildən "Mançester Siti"də çıxış edir.