Berti Foqts işsiz qaldı
Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqtsun məsləhətçi kimi çalışdığı ABŞ yığmasındakı karyerası sona çatıb.
SportLine.az xəbər verir ki, buna baş məşqçi Yurgen Klinsmanın istefaya göndərilməsi səbəb olub.
DÇ-2018-in seçmə mərhələsində ardıcıl iki məğlubiyyət almaniyalı mütəxəssisin vəzifəsindən göndərilməsi ilə nəticələnib.
Qeyd edək ki, Berti Foqts 2014-cü ilin oktyabrında millimizlə yollarını ayırandan sonra Klinsmanın məsləhətçisi olub.