"Beşiktaş" ABŞ-li basketbolçunun müqaviləsini uzadıb

Beşiktaş ABŞ-li basketbolçu Derek Nidhamın müqavilə müddətini artırıb.

Sportline.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

33 yaşlı oyunçu ilə yeni müqavilə 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulub.

2023-cü ildən "Beşiktaş"da çıxış edən Nidham ötən mövsüm Türkiyə klubunun heyətində 9.1 xal, 4.2 ribaun və 1.3 asist ortalaması ilə çıxış edib.

Qeyd edək ki, basketbolçu daha əvvəl karyerasında "Ximki", "Monako" və "Bursaspor" komandasının şərəfini qoruyub.