"Beşiktaş" Bakıya gələcək

Türkiyə çempionu "Beşiktaş" nəhayət bu il Azərbaycana gələcək. Sportline.az xəbər verir ki, bunu klubun prezidenti Fikrət Orman açıqlayıb. "Vətən" qəzetinə danışan klub rəhbəri bu il ölkəmizə səfər edəcəklərini bildirib: “Müsəlman ölkələrində rəğbət qazana bilərik. Məsələn, Azərbaycanda inanılmaz sayda “Beşiktaş” azarkeşi var. Keçən il ora səfər edə bimədik. Amma bu il Azərbaycana gedəcəyimiz dəqiqləşib".