"Beşiktaş" belə uduzdu

Türkiyə Super Liqasında 19-cu tura yekun vurulub.

Sportline.az xəbər verir ki, "Beşiktaş" səfərdə "Konyaspor"a 0-1 hesabı ilə uduzub.

Xallarını 39-a yüksəldən "Konyaspor" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 28 xalı olan "Beşiktaş" isə 7-ci yerdədir.

"Konyaspor" - "Beşiktaş" 1:0

Qol: Ahmed Hassan Koka, 90+1