"Beşiktaş" "Benfika"nın türk futbolçusunun transferinə hazırlaşır
"Beşiktaş" yeni mövsümün hazırlığını davam etdirir.
Sportline.az xəbər verir ki, İstanbul nəhəngi bu sezon daha iddialı heyətlə fanatları önünə çıxmaq niyyətindədir.
Klubun transfer hədəflərindən biri Orkun Kökçüdür.
Türkiyə mətbuatında yayılan məlumatlara görə, klub rəsmiləri bununla bağlı "Benfika" ilə danışıq aparır.
Futbolçunun özü də karyerasını "qara qartallar"ın sırasında davam etdirmək istəyindədir.
Onun transfer qiymətinin 40 milyon avrodan 30 milyon avroya endirildiyi bildirilir.
Keçidin yaxın günlərdə reallaşacağı gözlənilir.