"Beşiktaş" Ermənistan millisinin üzvünü transfer etdi

Türkiyənin "Beşiktaş" klubu daha bir futbolçunun keçidini həll edib. SportLine.az "Sporx"ə istinadən xəbər verir ki, "Qara qartal" Moskvanın "Spartak" klubunda çıxış edən erməni futbolçu Aras Özbilizi heyətinə qatıb. 

Ermənistan millisinin üzvünün yeni klubu ilə 4 il yarımlıq müqaviləyə qol çəkəcəyi gözlənilir.

Qeyd edək ki, 25 yaşlı hücumameyilli futbolçu Türkiyə doğlumudur və Hollandiya vətəndaşlığı da var.