“Beşiktaş” gözü Real Madrid”in oyunçusuna düşüb
"Beşiktaş"ın yeni transfer hədəfi bəlli olub.
Sportline.az "Ajansspor"a istinadən xəbər verir ki, "Real Madrid"in ispaniyalı stopperi Raul Asensio "Beşiktaş"ın maraq dairəsinə düşüb.
22 yaşlı futbolçunun dəyəri 40 milyon avrodur.
Qeyd edək ki, İstanbul klubu Asensionu icarə əsasında transfer etmək istəyir.