"Beşiktaş" klubu növbəti transferini rəsmləşdirib

"Beşiktaş"ın kişilərdən ibarət basketbol komandası heyətini daha bir oyunçu ilə gücləndirib.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Türkiyə klubu ABŞ-li basketbolçu Emanuel Terrini heyətinə qatdığını açıqlayıb.

27 yaşlı basketbolçu son olaraq "Manisa" klubunun uğurları üçün çalışıb.

Qeyd edək ki, hücumçu mövqeyində çıxış edən Terri ötən mövsüm TBL-da 9.2 xal, 4.3 ribaund ortalaması ilə çıxış edib.