Türkiyə klubu özbək futbolçu transfer edir

Moskva ÇSKA-sının yarımmüdafiəçisi Abbosbek Fayzullayev karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Sportline.az xəbər verir ki, "Beşiktaş" onun transferinə hazırlaşır.

Bu haqda jurnalist Osman Altunterim X sosial şəbəkəsində məlumat paylaşıb.

Onun sözlərinə görə, İstanbul klubu bu keçid üçün 7 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, 21 yaşlı Fayzullayev 2023-cü ildə "Paxtakor"dan 500 min avroya ÇSKA-ya transfer olunmuşdu.