"Beşiktaş" "Real Madrid"in futbolçusunu istəyir
"Beşiktaş" yay transfer pəncərəsi bitmədən "Real Madrid"in ispaniyalı stopperi Raul Asensionu icarə əsasında heyətinə qatmaq istəyir.
Sportline.az "Diario As" qəzetinə istinadən xəbər verir ki, İstanbul klubu oyunçunun meneceri ilə danışıqlara başlayıb.
22 yaşlı futbolçunun dəyəri "Transfermarkt" portalına görə, 40 milyon avrodur.
Qeyd edək ki, R.Asensio bu mövsüm meydana çıxmayıb.