“Beşiktaş” Türkiyə Superkubokunun qalibi olub

Futbol üzrə Türkiyə Superkubokunun növbəti qalibi məlum olub.

Sportline.az xəbər verir ki, Qətərdə keçirilən həlledici matçda Superliqanın son qalibi “Beşiktaş” ölkə kubokunun finalçısı “Antalyaspor”la üz-üzə gəlib.

Qarşılaşmada ilk qol İstanbul təmsilçisindən gəlsə də, komanda üstünlüyünü qoruya bilməyib. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb və qalib penaltilər seriyasında müəyyənləşib.

Burada "Beşiktaş" rəqibini 4:2 hesabı ilə üstələyərək titula sahib çıxıb.