"Beşiktaş" turnirlə vidalaşdı

İstanbulun “Beşiktaş” komandası "EuroCup”la vidalaşıb.

Sportline.az xəbər verir ki, FİBA “EuroCup”da yarımfinalın üçüncü oyununda “Beşiktaş Emlakjet” səfərdə “JL Bourq”a 89-63 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Bərabər mübarizə ilə  keçən matçda “JL Bourq’ fasiləyə üstün yollanıb 44-41.

Görüşün sonlarına doğru təşəbbüsə yiyələnən Fransa təmsilçisi fərqi artıraraq 89-63 hesablı qələbə qazanıb.

“Beşiktaş Emlakjet” seriyanın ilk oyununda 86-74 hesabı ilə məğlub olmuş, İstanbuldakı oyunda isə 82-71 hesabı ilə qalib gəlmişdi.

“JL Bourq” “EuroCup”ın finalında digər Fransa təmsilçisi “Paris”lə qarşılaşacaq.