"Beşiktaş" ukraynalı qapıçı ilə razılığa gəldi
Türkiyənin "Beşiktaş" klubu heyətini gücləndirməkdə davam edir. SportLine.az "Fanatik"ə istinadən xəbər verir ki, "Qara qartal" "Dnepr"in qapıçısı Denis Boykonu transfer etməyə yaxındır. Ukraynalı futbolçunun artıq istanbullularla razılığa gəldiyi bildirilir.
"Beşiktaş"ın Boykonun keçidi üçün 3,5 milyon avro ödəyəcəyi qeyd olunur. 27 yaşlı qapıçı ilə 2019-cu ilin yayınadək müqavilə imzalanacağı gözlənilir.