"Beşiktaş" "Zenit"in sabiq kapitanına elçi düşüb

Türkiyə çempionu "Beşiktaş" heyəti gücləndirmək niyyətindədir. Sportline.az xəbər verir ki, istanbulluların transfer etmək istədiyi futbolçulardan biri də Dannidir. Rusiya mətbuatında yayılan məlumatda "qara qartal"ın, "Zenit"in 33 yaşlı sabiq kapitanına müqavilə təklif etdiyi bildirilir. Xatırladaq ki, mövsümün sonunda piterlilərlə müqaviləsi başa çatan yarımmüdafiəçi ilə müqavilə müddəti uzadılmamışdı.