"Beşiktaş"ın futbolçusu avtomobil qəzasına düşüb
Türkiyənin "Beşiktaş" klubunun futbolçusu Fransisko Montero avtomobil qəzasına düşüb.
Sportline.az "Fanatik"ə istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçinin durumunun yaxşı olduğu bildirilib.
İspaniyalı oyunçu tədbir məqsədi ilə xəstəxanaya aparılıb.
Qeyd edək ki, Fransisko Montero 2021-ci ildən "Beşiktaş"da çıxış edir.