“Bir gün ‘İnter’i çalışdıra bilərəm”
“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone gələcəkdə “İnter”i çalışdırma ehtimalına açıq olduğunu bildirib.
Sportline.az xəbər verir ki, argentinalı mütəxəssis futbolçu karyerası dövründə 1997–1999-cu illərdə İtaliya nəhənginin formasını geyinmişdi.
“Bu yalnız məndən asılı deyil, amma düşünürəm ki, məşqçilik karyerimdə bir gün ‘İnter’i çalışdıracağam. Məncə, bir gün bu baş verəcək.”
Bu açıqlama böyük sürpriz sayılmasa da, İtaliya mediasında geniş rezonans doğurub. Simeone 2016-cı ildə də oxşar fikirlər səsləndirmişdi.