Blatter futbolla bağlı fəaliyyətini bitirdi
Səkkiz il futbol fəaliyyətindən uzaqlaşdırılan FİFA prezidenti Yozef Blatter karyerasını bitirdiyini açıqlayıb. SportLine.az "Daily Mail"ə istinadən xəbər verir ki, ali futbol qurumunun rəhbəri mətbuata açıqlamasında bunları deyib:
"Futbolla bağlı fəaliyyətimi bitirməyə qərar verdim. ABŞ hökumətinin FİFA-nın işlərinə qarışmasından sonra bizi mafioz adlandırmağa başladılar. Son zərbə isə Platini və mənim səkkiz il müddətinə futboldan kənarlaşdırılmağımız oldu. İsveçrə qanunlarına görə, belə uzun müddətədə cəzalandırılan şəxslər, ya qətl törədənlərdir, ya da bank soyanlar".