Boksçumuz Avropa çempionatının finalında

Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsi başa çatıb.

Sportline.az xəbər verir ki, bu mərhələnin ikinci gününün görüşlərində seçmə komandamızın daha 2 üzvü rinqə çıxıb. Məhəmməd Abdullayev (+91 kq) Luka Pratlyaçiçə (Xorvatiya) 5:0 (30:27, 29:28, 30:26, 30:27, 30:27) hesabı ilə qalib gələrək, finala vəsiqə qazanıb. O, həlledici görüşdə almaniyalı Viktor Yurkla üz-üzə gələcək.

Cəbrayıl Yelekov (81 kq) isə yarımfinalda mübarizəni dayandırıb. O, Aleksandr Poqrebnyaka (Ukrayna) 2:3 (29:28, 28:29, 28:29. 28:29, 29:28) hesabı ilə məğlub olub. Nəticədə Yelekov qitə birinciliyini 3-cü yerdə başa vurub.

Bu, Azərbaycan millisinin Vladiqafqazda qazandığı ikinci bürünc medal olub. Daha öncə Rüfət Hüseynov (49 kq) da turnirin üçüncüsü adına layiq görülüb.

Qeyd edək ki, final görüşləri bu gün olacaq.