Bolqarıstanlı basketbolçu "Olimpiakos"a geri dönüb

"Olimpiakos" basketbol komandası 28 yaşlı oyunçu Aleksandr Vezenkovu heyətinə qatıb.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, bolqarıstanlı forvard ilə 5 illik müqavilə imzalanıb.

Vezenkov yeni klubunda ilinə 3.7 milyon avro qazanacaq.Təcrübəli basketbolçu son olaraq NBA klublarında "Sakramento Kinqs"də çıxış edib. O, sabiq klubunda 5.4 xal və 2.3 ribaund ortalaması ilə yadda qalıb. 

Qeyd edək ki, Vezenkov daha əvvəl 2018-2023-cü illərdə də Afina klubunun uğurları üçün çalışıb.