"Bormunt" yeni transferini açıqladı

"Lill"in fransalı futbolçusu Bafode Diakite karyerasını "Bormunt"da davam etdirəcək.

Sportline.az xəbər verir ki, bu haqda İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

Bu keçid üçün "Bormunt" qarşı tərəfə 40 milyon avro ödəyəcək.

Qeyd edək ki, Diakite ötən mövsüm meydana çıxdığı 48 matçda 4 qol 1 asistlə yadda qalıb.