“Bormunt”dan “Real”a transfer ola bilər

“Bormunt”un ispaniyalı futbolçusu Deyan Hüysen karyerasını “Real Madrid”də davam etdirə bilər.

Sportline.az “Talk Sport”a istinadən xəbər verir ki, “Real” Hüysen üçün “Bormunt”la danışıqlara başlayıb.

İngiltərə klubunun rəhbərliyi 19 yaşlı müdafiəçi üçün 50 milyon avro tələb edir.

Qeyd edək ki, Hüysen cari mövsüm çıxış etdiyi 25 matçda 2 qolla yadda qalıb.

Onun “Bormunt”la müqaviləsi 2030-cu ilin yayına qədərdir.