"Boston Seltiks" ulduz basketbolçu ilə müqaviləni yeniləyib

NBA-nın son çempionu "Boston Seltiks" super ulduz Ceyson Teytumla yeni müqavilə imzalayıb.

Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, ABŞ-li basketbolçu daha 5 il "Boston"un şərəfini qoruyacaq.

26 yaşlı basketbolçu yeni müqavilənin şərtlərinə əsasən ilinə 62.8 milyon dollar qazanacaq.Bu, NBA tarixində ən böyük məbləğli müqavilədir.

Qeyd edək ki, karyerasında ilk dəfə NBA çempionluğu yaşayan Teytum ötən mövsüm 74 oyunda 26.9 xal, 8.1 ribaund və 4.9 asist ortalaması ilə çıxış edib.