Braziliya Argentinanı, Uruqvay Ekvadoru məğlub etdi
DÇ-2018-in Cənubi Amerika zonası üzrə təsnifat mərhələsində 11-ci turun görüşləri keçirilib. SportLine.az xəbər verir ki, mərkəzi görüş Braziliya və Argentina milliləri arasında olub. Qarşılaşma "sambaçılar"ın inamlı qələbəsi ilə yekunlaşıb.
Digər maraqlı oyunda Uruqvay Ekvadordan güclü olub. Kolumbiya - Çili duelində isə qalib müəyyənləşməyib.
Turun bütün nəticələrini diqqətinizə çatdırırıq:
11 noyabr 2016
DÇ-2018, təsnifat mərhələsi
Cənubi Amerika zonası, 11-ci tur
Kolumbiya - Çili - 0:0
Uruqvay - Ekvador - 2:1
QOLLAR: Koates, 12 (1:0); Kaysedo, 45 (1:1); Diyeqo Rolan, 45+1 (2:1)
Paraqvay - Peru - 1:4
QOLLAR: Riveros, 10 (1:0); Ramos, 49 (1:1); Flores, 71 (1:2); Kueva, 79 (1:3); Benitez, 84/a.q. (1:4)
Venesuela - Boliviya - 5:0
QOLLAR: Kuffati, 5 (1:0); Martinez, 10 (2:0); Martinez, 67 (3:0); Martizen, 70 (4:0); Otero, 74 (5:0)
Braziliya - Argentina - 3:0
QOLLAR: Koutinyo, 25 (1:0); Neymar, 45+1 (2:0); Paulinyo, 58 (3:0)