Braziliya millisinin sabiq futbolçusu "Turan Tovuz"da

"Turan Tovuz" klubu yeni transferini açıqlayıb.

Sportline.az xəbər verir ki, Qərb təmsilçisi son olaraq İspaniya La Liqasında “Valyadolid”in şərəfini qoruyan Enrike Silvanı heyətinə cəlb edib.

Sol cinah müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. 

Yetirməsi olduğu “Vasko da Qama”nın heyətində 185 oyuna çıxan braziliyalı futbolçu 3 mövsüm Fransa Liqa 1 təmsilçisi “Olimpik Lion" klubunun formasını geyinib.  

Tam adı Enrike Silva Milaqres olan 31 yaşlı futbolçu Braziliyanın U-20 milli komandansının üzvü olub.