Brazilya millisini italiyalı mütəxəsis çalışdıracaq

Braziliya Futbol Konfederasiyası "Real"ın baş məşqçisi Karlo Ançelottinin yayda Braziliya millisinə rəhbərlik edəcəyinə əmindir.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Ançelottinin Klublararası Dünya Çempionatı başlamazdan əvvəl (15 iyun) “Kral klubu”nun baş məşqçisi postunu tərk edəcəyi gözlənilir.

Ançelotti milli komanda səviyyəsində ən çox maaş alan məşqçi olacaq.