Bremer üçün iki nəhəng klubdan təklif var
"Yuventus"un mərkəz müdafiəçisi Qleyson Bremer karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Liverpul" və "Mançester Yunayted" 29 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir.
Bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, Q.Bremerin dəyəri 35 milyon avrodur.