"Brentford"un iştahı böyükdür

"Brentford" kamerunlu futbolçusu Brayan Embumu üçün 65 milyon avro tələb edir.

Sportline.az xəbər verir ki, bu haqda "Mirror" nəşri məlumat yayıb.

"Mançester Yunayted" sözü gedən futbolçu üçün 62.5 milyon avroluq təklif göndərib. 

Lakin "Brentford"un rəhbərliyi bu təklifi qəbul etməyib.

Qeyd edək ki, Embumu "Mançester Yunayted"ə keçməyə müsbət yanaşır.