"Brügge"nin futbolçusu "Atletiko"da çıxış edəcək

"Brügge"nin futbolçusu Nikolo Tresoldi karyerasını İspaniya La Liqasında davam etdirməyə yaxındır.

Sportline.az xəbər verir ki, "Atletiko" 21 yaşlı oyunçunu heyətinə qatmağa yaxındır.

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Qeyd edək ki, N.Tresoldi cari mövsüm meydana çıxdığı 56 matçda 19 qol, 7 asistlə yadda qalıb.