Bu gün millimizin mətbuat konfransı var

DÇ-2022-nin seçmə mərhələsində sentyabrın 1-də, “Stade de Luxembourg”da keçiriləcək Lüksemburq - Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu gün meydan sahibi komandanın baş məşqçisinin yerli vaxtla saat 15:00-da mətbuat konfransı baş tutacaq. Bir saat sonra isə ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşq olacaq.
 
Millimizə gəlincə, baş məşqçi Canni De Byazi yerli vaxtla saat 18:30-da media nümayəndələrinin qarşısına çıxacaq. Saat 19:00-da isə açıq məşq baş tutacaq.

Qeyd edək ki, hər iki məşq və mətbuat konfransı oyunun keçiriləcəyi stadionunda olacaq.