"Bu kluba keçdiyim üçün xoşbəxtəm"
Cənubi Koreya millisinin kapitanı Son Hın-Min “Los-Anceles” klubuna keçidi barədə fikirlərini bölüşüb.
Sportline/az xəbər verir ki, 33 yaşlı hücumçu klubun mətbuat xidmətinə açıqlamasında ABŞ təmsilçisinə qoşulduğu üçün qürur hissi keçirdiyini bildirib:
“İdman dünyasının ən tanınmış şəhərlərindən birində yerləşən, böyük hədəfləri olan “Los-Anceles”in bir hissəsi olmaq mənim üçün böyük fəxrdir. Bu komandanın zəngin bir turnir keçmişi var və mən də bu tarixə yeni bir səhifə əlavə etmək üçün buradayam. MLS-dəki bu yeni mərhələni səbirsizliklə gözləyirəm. Buraya titullar qazanmaq məqsədi ilə gəlmişəm və klub üçün, azarkeşlərimiz, bu şəhər üçün əlimdən gələni edəcəyəm. Tezliklə işə başlamağı səbirsizliklə gözləyirəm”.
O, ABŞ təmsilçisi ilə 2027-ci il dekabrın 31-dək müqavilə imzalayıb.