“Bu, təkcə bizim üçün deyil, bütün klublar üçün keçərlidir”

İngiltərə Liqa Kubokunun 3-cü turunda bu gün səfərdə "Linkoln Siti" ilə qarşılaşacaq "Çelsi"nin baş məşqçisi Enzo Mareska oyun öncəsi jurnalistlərin suallarını cavablandırıb.

Sportline.az xəbər verir ki, Mareska yay transfer dönəmində heyətini güclü adlarla möhkəmləndirən "Liverpul"un bu mövsüm də Premyer Liqanın əsas çempionluq namizədlərindən biri olduğunu bildirib.

İtaliyalı mütəxəssis açıqlamasında deyib;

“Belə davam etsələr, onları yaxalamaq mümkünsüz olacaq. Bu, təkcə bizim üçün deyil, bütün klublar üçün keçərlidir.”