Budaq Nəsirov oynadı, komandası 1 xal qazandı
Azərbaycanlı futbolçu Budaq Nəsirovun şərəfini qoruduğu "Sportinq"in B komandası Portuqaliya Sequndasında növbəti oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib “Nasionla” kollektivi olub.
Görüşdə qalib müəyyənləşməyib - 1:1.
B.Nəsirov meydana start heyətində daxil olub və sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Sportinq" B 14 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.