Budaq Nəsirov oynadı, "Sportinq" qələbə qazandı
Azərbaycanlı futbolçu Budaq Nəsirovun şərəfini qoruduğu "Sportinq"in B komandası Portuqaliya Sequndasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib “Oliveyrense” kollektivi olub.
Qarşılaşma "Sportinq" B-nin qələbəsi ilə yekunlaşıb - 2:0.
Budaq meydana sona 11 dəqiqə qalmış daxil olub. “Sportinq”in ikinci qolu həmyerlimiz meydana daxil olduqdan sonra vurulub.
Qeyd edək ki, "Sportinq" B hazırda 18 xalla 20 klub arasında 9-cu pillədə qərarlaşıb.