Bundesliqadan "Atletiko"ya

"Herta"nın hücumçusu Mateus Kunya karyerasını İspaniyada davam etdirəcək.

Sportline.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Berlin klubu onun transferi ilə bağlı " Atletiko" ilə razılığa gəlib.

Qeyd edək ki, Madrid təmsilçisi Braziliyanın U-23 millisi ilə Tokio-2020-də Olimpiya çempionu olan futbolçuya 30 milyon avro təzminat ödəyəcək .