Bundesliqadan La Liqaya

"Borussiya"nın (Dortmund) yarımmüdafiəçisi Tomas Dileyni "Sevilya"ya transfer olunub.

Sportline.az İspaniya klubunun saytına istinadən xəbər verir ki, danimarkalı oyunçu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, T.Dileyni 2018-ci ildən "Borussiya"da oynayırdı.