"Bundestim" Azərbaycana qarşı bu heyətlə mübarizə aparacaq

DÇ-2018-in təsnifat mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq Almaniya seçməsinin heyəti açıqlanıb. SportLine.az xəbər verir ki, baş məşqçi Yoahim Löv 23 futbolçuya dəvət göndərib.

Qapıçılar: Bernd Leno (“Bayer”), Mark Andre Ter-Ştegen (“Barselona”, İspaniya), Kevin Trapp (PSJ, Fransa)
 
Müdafiəçilər:
 Jerom Boatenq, Coşua Kimmix, Mats Hummels, Niklas Süle (hamısı “Bavariya”), Matias Ginter (“Borussiya” D.), Şkodran Mustafi (“Arsenal”, İngiltərə), Marvin Plattenhardt (“Herta”), Antonio Rüdiger (“Çelsi”, İngiltərə)
 
Yarımmüdafiəçilər: Yulian Brandt (“Bayer”), Əmrə Can (“Liverpul”, İngiltərə), Yulian Draksler (PSJ, Fransa), Leon Qoretska (“Şalke”), Toni Kroos (“Real” Madrid, İspaniya), Tomas Müller, Sebastian Rudi (hər ikisi “Bavariya”), Amin Yunes (“Ayaks”, Hollandiya), Leroy Sane (“Mançester Siti”, İngiltərə)
 
Hücumçular: Lars Ştindl (“Borussiya” M.), Sandro Vaqner (“Hoffenhaym”), Timo Verner (“Leypsiq”)

Qeyd edək ki, oktyabrın 5-də Şimali İrlandiyanın qonağı olacaq "Bundestim", oktyabrın 8-də millimizi qəbul edəcək.