Burak Yılmaz Niderland klubu ilə 5 illik müqavilə bağladı

Türkiyə millisinin sabiq futbolçusu Burak Yılmaz legioner həyatını davam etdirəcək.

Sportline.az xəbər verir ki, “Lill”dən ayrılan hücumçu növbəti mövsümdən Niderlandda oynayacaq.

37 yaşlı forvard Niderland Erediviziyasında mübarizə aparan “Fortuna” ilə 5 illik müqavilə imzalayıb. Anlaşmaya əsasən, o, ilk iki ilini futbolçu, növbəti üç ilini isə məşqçi kimi “Fortuna”da keçirəcək.

Qeyd edək ki, Burak Yılmaz 2020-2022-ci illərdə “Lill”in formasını geyinib.