"Bursaspor" Namik Ələskərovla bağlı qərar verib

Türkiyənin "Bursaspor" klubu Azərbaycan millisinin futbolçusu Namik Ələskərovla müqaviləyə xitam verəcək.

Sportline.az xəbər verir ki, bunu klubun prezidenti Ömər Furkan Banaz mətbuat konfransında açıqlayıb.

Funksioner bildirib ki, komandadakı legionerlə ən sərfəli şəkildə vidalaşacaqlar: "Sözləşməsi davam edən 7 əcnəbi futbolçumuz var. Burada əsas məqam klubun mənafeyidir. Onsuz da legionerlər II liqada oynaya bilməzlər. Hamısına xitamla bağlı sənəd veriləcək".

Qeyd edək ki, Namik Ələskərov cari mövsümün əvvəlində "Bursaspor"la 2+1 illik müqavilə imzalamışdı.