Campyero Ventura səbəbi Buffonda görür

DÇ-2018-in ilk pley-off  matçında İsveçə 0-1 hesabı ilə uduzan İtaliya millisinin baş məşqçisi Campyero Ventura fikirlərini bölüşüb. Sportline.az championat.com-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis oyundan sonra düşərgədə gərgin abu-havanın hökm sürdüyünü açıqlayıb: " Paltardəyişmə otağında futbolçuların əsəbləşdiyini gördüm. Onlar dərk edirlər ki, başqa nəticə qazana bilərdilər. Ona görə də vəziyyəti dəyişmək istətindədilər. Bu isə, Buffondan qaynaqlanır. O, çox qəzəblənib". Ventura cavab görüşündə vəziyyəti dəyişəcəklərinə inandığını da vurğulayıb.