Canlı əfsanənin forması əbədiləşdirildi
NBA-da mübarizə aparan “Orlando Məcik”, Şakil Onilin 32 nömrəli formasını əbədiləşdirib.
Sportline.az xəbər verir ki, bu sözügedən komandanın tarixində ilkdir.
Mərasimdə təəssüratlarını bölüşən Onil “Bu günün yaşanacağını heç vaxt düşünməzdim”, - deyib.
Xatırladaq ki, Şakil Onil “Məcik”lə yanaşı “Los - Anceles Leykers” və “Mayami Hit” komandalarının da formasını geyinib.
"Leykers" onun 34, "Mayami Hit" isə 32 nömrəli formasını əbədiləşdirib.
Beləcə Onil forması 3 komanda tərəfindən əbədiləşdirilən 3-cü oyunçu olub.