Cengiz Ünderin son durumu açıqlandı

“Fənərbağça” “Antalyaspor” görüşündə zədələnən Cengiz Ündərin son vəziyyəti ilə bağlı məlumat paylaşıb.

Sportline.az klubun saytına istinadla xəbər verir ki, futbolçu sol ayağının çarpaz bağlarında yaranan zədəyə görə 2 ay meydanda olmayacaq.

Həkimlər futbolçunun ən qısa zamanda sıraya qayıdacağına ümid bəsləyirlər.

Qeyd edək ki, Cengiz Ündər “Antalyaspor”ilə görüşün 3-cü dəqiqəsində zədələndiyindən oyuna davam edə bilməmişdi.