“Cenoa”nın futbolçusu Avropa nəhənglərinin radarındadır

“Cenoa”nın yarımmüdafiəçisi Morten Frendrup Avropa nəhənglərinin transfer siyahısında yer alıb.

Sportline.az “Calciomercato” nəşrinə istinadən xəbər verir ki, “Roma”, “Milan”, “Tottenhem” və “Liverpul” sözügedən oyunçunu transfer etmək üçün yarışa girib.

M.Frendrupun transfer qiyməti 30 milyon avrodur.

Qeyd edək ki, 24 yaşlı futbolçunun “Cenoa” ilə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.