Ceykop Remzi İngiltərənin başqa klubuna keçir

"Aston Villa"nın ingiltərəli yarımmüdafiəçisi Ceykob Remzi "Nyukasl Yunayted"ə transfer olmaq üzrədir.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb.

"Nyukasl" 24 yaşlı futbolçu üçün Birmingem klubuna 40 milyon avro ödəyəcək.

Qeyd edək ki, Ceykob Remzi "Aston Villa"nın öz yetirməsidir.