Ceyms Makatenin taleyinə aydınlıq gəlib

"Mançester Siti"nin ingiltərəli futbolçusu Ceyms Makate bu yay klubdan ayrılacaq.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, İngiltərə klubu oyunçunu 20-25 milyon avro qarşılığında satmağa hazırdır.

22 yaşlı futbolçu daha çox oynaya biləcəyi kluba transfer olmaq istəyir.

Qeyd edək ki, Makatenin klubla sözləşməsi 2026-cı ilin iyun ayına qədərdir.