Çeçen qadın boksçu İsveçrədə 5 nəfərin hücumuna məruz qalıb
Çeçenistanlı boksçu Aminat Elbukayeva İsveçrədə xoşagəlməz hadisə ilə üzləşib.
Sportline.az xəbər verir ki, o, 5 kişi tərəfindən hücuma məruz qalıb.
Teleqram-kanaldakı "360.ru"nun məlumatına görə, idmançının qısa idman geyimində məşq etməsi buna səbəb olub.
Onlar Elbukayevanı yerə yıxaraq təpikləməkdən çəkinməyiblər.
İdmançı hadisə ilə bağlı polisə şikayət edib.