"Çelsi" hələdə argentinalı futbolçunu transfer etmək istəyir

"Mançester Yunayted"in argentinalı futbolçusu Alexandro Qarnaço "Çelsi"yə transfer olmaq istəyir.

Sportline.az "TBR Football" nəşrinə istinadən xəbər verir ki, London klubunun rəhbərliyi Qarnaçonu transfer etmək üçün hərəkətə keçib.

Futbolçunun hazırkı dəyəri "Transfermarkt" portalına görə, 45 milyon avrodur.

Qeyd edək ki, Qarnaçonun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin yayına qədərdir.

O, ötən mövsüm meydana çıxdığı 58 matçda 11 qol 10 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, A.Qarnaço "Atletiko Madrid" klubunun yetirməsidir.