"Çelsi" "İnter"ə 50 milyon avro ödəməyə hazırdır
"Çelsi" klubu yeni mərkəz müdafiəçisi axtarışına çıxıb.
Sportline.az "Chelsea News" nəşrinə istinadən xəbər verir ki, London klubu "İnter"in italiyalı futbolçusu Alessandro Bastoni üçün 50 milyon avro ödəməyə hazırdır.
Lakin Milan klubu 50 milyon avrodan yuxarı məbləğ tələb edir.
Qeyd edək ki, Bastoni ötən mövsüm meydana çıxdığı 57 matçda 2 qol 6 asistlə yadda qalıb.