"Çelsi" və "Arsenal" ingiltərəli futbolçu üçün yarışa girib
"Kristal Pelas"ın ingiltərəli futbolçusu Ebereçi Eze bu yay klubdan ayrıla bilər.
Sportline.az jurnalist Simon Fillipsin məlumatına istinadən xəbər verir ki, "Çelsi" və "Arsenal" Eze üçün yarışa girib.
27 yaşlı futbolçunun transfer qiyməti 60 milyon avrodur.
Qeyd edək ki, Eze ötən mövsümü 43 matçda 14 qol 12 asistlə tamamlayıb.