"Çelsi"dən "Lion"a
"Lion" "Çelsi"nin futbolçusu Emersonu icarəyə götürüb.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi 2021/2022 mövsümünü icarə əsasında Fransa təmsilçisində keçirəcək. Klubun mövsümün sonu italiyalı oyunçunu birdəfəlik almaq hüququ var.
Qeyd edək ki, Emerson Premyer Liqada ötən mövsüm 2 matçda meydana çıxıb.